TOP 10

Araz oynamadı, “Boluspor” yenə qələbə qazana bilmədi

Dünya Futbolu
Tarix: 2020-10-22 13:00

Futbol üzrə Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Balıkəsirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.


Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.


Altı turdan sonra hesabında 2 xal olan “Boluspor” 18 kollektiv arasında 17-cidir.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB