TOP 10

Nurlan Novruzov 76 dəqiqə oynadı, komandası...

Dünya Futbolu
Tarix: 2020-10-22 11:00

Futbol üzrə Estoniya çemponatında 24-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Flora” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.


Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.


Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 24 turdan sonra 21 xalla 7-ci pillədə qərarlaşıb.

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB