TOP 10

“Milan” Hakan Çalhanoğlunu itirdi

Dünya Futbolu
Tarix: 2020-10-21 23:00

“Milan”ın türk yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib. Sport24.az xəbər verir ki, 26 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Seltik"lə matç öncəsi məşq zamanı zədə alıb.
 

Onun təxminən 7-10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, Hakan Şotlandiya təmsilçisi ilə görüşü, həmçinin A seriyasında "Roma" və "Udineze" ilə qarşılaşmaları buraxacaq. 26 yaşlı futbolçunun Avroliqada "Slaviya"ya qarşı oyunu buraxması da istisna edilmir.


Qeyd edək ki, sabah keçiriləcək "Seltik" - "Milan" oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB