TOP 10

"Makkabi"nin baş məşqçisi "Qarabağ"ın güclü tərəflərini açıqladı: "Çox ciddi komandanı məğlub etməliyik"

Futbol
Tarix: 2020-10-21 21:28

"Qarabağ" çox ciddi komandadır. Yaxşı təcrübəyə sahibdi, dəfələrlə Avropa Liqasında və Çempionlar Liqasında oynayıb". Sport24.az xəbər verir ki, bu fikirləri İsrailin "Makkabi" klubunun baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

 

51 yaşlı yunanıstan mütəxəssis Ağdam təmsilçisini təhlil etdiklərini bildirərək, müdafiədə, hücumda balanslı və güclü komanda olduğunu sözlərinə əlavə edib: "Bizi çox çətin oyun gözləyir. Hədəfimiz avrokuboklarda qrup mərhələsinə qatılmaq idi. İlk hədəfimizə çatdıq. Hər oyunda xal qazanmaq üçün mübarizə aparacağıq. İnanıram ki, yaxşı oynasaq, qrupdan çıxa bilərik. Amma addım-addım getməliyik. Hələ ki, yalnız sabahkı oyunu düşünürük. Özümüzə inanırıq və bir neçə hədəfimiz var. Avropa Liqasına yaxşı başlamalı və evdəki ilk oyunda qələbə qazanmalıyıq".

 

Donis həftə ərzində koronavirus səbəbindən 5 oyunçu olmadan məşq etmələrinə toxunub: "Düşünürəm ki, son iki həftə bizim üçün yaxşı oldu. Çünki bəzi oyunçular koronavirusdan sağaldı və məşqlərə qoşuldu. Bu gün komanda ilə məşqə başlayanlar sabahkı oyuna hazırdır. Futbolçuların bəziləri xəstəliyi simptomsuz keçirib və məşqlərdə yaxşı çalışırdılar. Bəziləri isə özlərini yorğun hiss edir. Hər oyunçu fərqli vəziyyətdədir. Matçı qazanmaq üçün meydana hansı 11 futbolçunu buraxacağımıza qərar verməliyik".

 

Baş məşqçi cəza səbəbindən texniki zonada yer almayacağını xatırladıb: "Köməkçim orda əyləşəcək. Oyunçulardan xahişim odur ki, xırda şeylərdən xəbərdar olsunlar. Düşünürəm ki, peşəkar komanda ilə birlikdə çox yaxşı iş görə bilərlər. Mənim üçün texniki zonada olmamaq çətindir, növbəti dəfə reaksiyalarıma daha diqqət yetirməyə çalışacam".

 

Qeyd edək ki, sabah "Blumfild" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB