TOP 10

"Qarabağ"la matçda heç bir bəhanə qəbul edilməyəcək"

Futbol
Tarix: 2020-10-21 21:18

"Azarkeşsiz oynamaq çətindir, Xüsusən də Avropa Liqasının bu cür matçlarda. Amma vəziyyət belədir. Avrokuboklarda yolumuza davam etmək üçün meydanda əlimizdən gələni etməliyik. Bacardığımız qədər irəli getmək niyyətindəyik". Sport24.az xəbər verir ki, bu fikirləri İsrailin "Makkabi" klubunun futbolçusu Dor Perets Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a qarşı keçirəcəkləri ev matçından əvvəl mətbuat konfransında deyib.

 

Koronavirusdan sağalan 25 yaşlı israilli yarımmüdafiəçi infeksiyanın komandaya çox təsir etdiyini bildirib: "Artıq geri qayıtmağın və komandanın uğur qazanması üçün ən yaxşısını etməyin vaxtı gəlib. Hazırda özümü əla hiss edirəm. Ən yaxşı formaya qayıtmaq üçün əlimizdən gələni etdik. Rəsmi oyuna çıxmamışıq, bütün oyunçular koronavirusa yoluxmuşdu. Amma bu bəhanə deyil. Matç ona görə tamam başqadı ki, onun dinamikası məşqlərdən fərqlidir. Amma əvvəl dediyim kimi, sabah heç bir bəhanə qəbul olunmayacaq".

 

Qeyd edək ki, sabah "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB