TOP 10

PSV-nin 5 üzvündə koronavirus aşkarlandı

Dünya Futbolu
Tarix: 2020-10-21 18:42

Niderlandın PSV klubunda daha beş nəfər koronavirusa yoluxub. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Məlumatda bildirilir ki, koronavirusa yoluxanlardan üçü futbolçu, digər ikisi isə klub işçisidir. Koronavirus testi pozitiv nəticələnən şəxslər karantinə alınıb.


Koronavirusa yoluxan futbolçular sabah UEFA Avropa Liqasında keçiriləcək “Qranada” ilə oyunu buraxacaqlar.


PSV-nin daha əvvəl koronavirusa yoluxan futbolçuları - Eran Zahavi və Cordan Teze isə sağalıb və məşqlərə başlayıb.

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB