TOP 10

"Azərbaycan millisiylə görüşdə özümüzü döyüşə girmiş kimi hiss edəcəyik"

Futbol
Tarix: 2020-10-21 17:30

"Baş məşqçimiz Miloş Stempinski taktikanı çox yaxşı bilən mütəxəssisdir. Güclü komandalarla oynamaq daha asandır. Belə olan halda, təzyiq az olur". Sport24.az xəbər verir ki, bu fikirləri qadınlardan ibarət Polşa millisinin məşqçisi Nina Patalon AVRO-2021-in seçmə mərhələsinin D qrupunda Azərbaycan, Moldova və İspaniya ilə keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

 

34 yaşlı mütəxəssis hər 3 qarşılaşmanın çətin keçəcəyini bəyan edib: "Əvvəlcə inanmalıyıq ki, qarşıdakı matçlarda yaxşı oynaya bilərik. Bundan öncəki görüşlərdə əlimizdən gələni etmişik. Bu dəfə də nəticədən asılı olmayaraq, rəqiblərimizə qarşı inamlı mübarizə aparmalıyıq. Özümüzü döyüşə girmiş kimi hiss edəcəyik. Bu cür oyunlar növbəti qələbələr üçün zəmin yaradacaq".

 

Qeyd edək ki, oktyabrın 23-də keçiriləcək Polşa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB