TOP 10

Elxan Məmmədov milliylə bağlı istədikləri məkanı açıqladı: "Qarabağ"ın ev oyunu ilə bağlı işimiz çətinləşib"

Futbol
Tarix: 2020-10-21 16:40

"Bildiyiniz kimi, dünən axşam UEFA-nın İcraiyyə Komitəsinin xüsusi qərarına əsasən, hal-hazırdakı vəziyyət nəzərə alınaraq, Azərbaycanda yaxın gələcəkdə beynəlxalq futbol oyunları təşkil olunmayacaq. "Qarabağ"ın Avropa Liqasında oktyabrın 29-da Bakıda "Vilyarreal"la görüşü, ardından isə milli komandamızın Montenerqo yığmasıyla UEFA Millətlər Liqasında ev oyunu var. Bunları nəzərə alaraq, artıq bu səhər UEFA ilə bir neçə dəfə əlaqə saxladıq, müzakirə elədik. Hal-hazırda danışıqlar davam etdirilir". Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib.

 

Onun sözlərinə görə, "Qarabağ"ın Avroliqada rəqiblərini qardaş ölkə Türkiyədə qəbul etməsiylə bağlı UEFA-ya müraciət etsələr də, buna müsbət cavab almayıblar: "Təbii ki, "Qarabağ"ın matçı milidən əvvəl olduğundan, ilk növbədə bu məsələ müzakirə olunur. Bildirdik ki, bu qarşılaşmanın alternativ ölkə olaraq Türkiyədə təşkil olunmağını arzulayardıq. Lakin UEFA tərəfindən tövsiyyə olundu ki, tələblərə uyğun olaraq qrup mərhələsinin oyunları yalnız orda iştirak edən klubların stadionlarında keçirilməlidi. Bu da təbii ki, işimizi bir az çətinləşdirir. Buna baxmayaraq, "Qarabağ"la danışacağıq və bir vahid fikrə gələrək, bunu UEFA-ya çatdıracağıq. Əminəm ki, növbəti 3 gün ərzində növbəti addımlarımızın nə olacağını təxminən biləcəyik". 

 

Məlumdu ki, millimiz UEFA Millətlər Liqasında son ev matçını noyabrın 14-də Monteneqro yığmasıyla keçirəcək. Bunadək isə yığmamız Sloveniyaya bu ölkənin yığmasıyla yoldaşlıq görüşü keçirmək üçün yollanacaq: "Bildiyiniz kimi, millimiz Sloveniya yığmasıyla Lyublyanada noyabrın 10-da oynayacaq. Biz də UEFA-ya artıq fikrimizi bildirdik. Arzulayardıq ki, Monteneqroyla görüşümüz alternativ məkan olaraq Lyublyanaya yaxın şəhərdə, Sloveniyaya yaxın ölkədə olsun". 

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB