TOP 10

Kintana da "Qarabağ Azərbaycandır" dedi, ermənilərin terrorunu pislədi: "Gəncəyə raket atılmasından şoka düşdüm"

Futbol
Tarix: 2020-10-21 15:18

"Qarabağ"ın sabiq legioneri Dani Kintana Azərbaycanın Dağlıq Qarabağın erməni təcavüzkarlardan azad olunması uğrunda haqq savaşına dəstək olub. Bu ildən karyerasını Çinin "Çendu Sinçen" klubunda davam etdirən 33 yaşlı ispaniyalı yarımmüdafiəçi Sport24.az-a açıqlamasında "Qarabağ" Azərbaycandır" fikrini ifadə edənlər sırasında yer alb: "Təbii ki, Qarabağ Azərbaycanın bir tərkib hissəsidi. Onsuz da bu, hamıya məlumdu, bütün dünya ictimaiyyəti də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sadəcə, cəbhə xətində xeyli uzaqda olan mülki insanlar günahsız yerə həyatlarını itirirlər. Təbii ki, qıraqdan baxanda bu, çox kədərli mənzərədi".

 

Dani bu fikrinə davam olaraq Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni 3 dəfə raket atəşinə tutmasıyla bağlı terror aktını pisləyib: "Məni xüsusilə Gəncəyə raket bombalarının atılması çox təəccübləndirdi. Bu olaydan şoka düşdüm. "Qarabağ"da çıxış etdiyim vaxtda Gəncəyə dəfələrlə getmişik. Təsəvvür edin ki, oyunun ortasında şəhərə bomba atılır. Hərdən fikirləşirsən ki, Bakıdayıq, Gəncədəyik, müharibə bizdən çox-çox uzaqda baş verir. Ancaq əslində, bütün bu olaylardan sonra görürsən ki, təhlükə burnunun ucundadı və hər an səni yaxalaya bilər. Ölüm heç nədən günahsız insanları haqlayır. Xüsusilə müharibəyə aidiyyatı olmayan, cəbhə xəttindən uzaq nöqtədə, məntəqədə yaşayan günahsız insanların ölümü həqiqətən çox təəssüfləndirir. Günahsız insanlar ölməsin! İmkan varsa, məsələ artıq sülh, danışıqlar yoluyla həllini tapsın. Bu, indiki məqamda ən yaxşı variant olardı". 

 

Xatırladaq ki, Kintana 2015-ci ilin ortasından 2020-ci ilin əvvəlinədək "Qarabağ"da çıxış edərək 4 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə Kubokunun qalibi, 1 dəfə isə Premyer Liqamızın bombardiri olub.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB