TOP 10

"Sivasspor"un prezidenti: "Komandamızın gücü "Qarabağ" və "Makkabi" ilə eynidir"

Futbol
Tarix: 2020-10-21 19:00

"Bu gün İspaniyaya yollanırıq. Ölkəmizi avrokubokda təmsil etdiyimiz üçün həyəcanlıyıq. Etdiyimiz transferlərlə ötən mövsümdəkindən daha yaxşı komanda qurduq". Sport24.az xəbər verir ki, bu fikirləri "Sivasspor" klubunun prezidenti Məcnun Otyakmaz Avropa Liqasının I qrupunda İspaniyada "Vilyarreal"a qarşı keçirəcəkləri ilk tur matçı barədə danışarkən deyib.

 

55 yaşlı funksioner bildirib ki, qrup mərhələsində əldə etdikləri hər xal çox önəmli olacaq: "Komandada bir az uyğunlaşma problemi var. Səfərdən xalla qayıda biləcəyimizə ümid edirəm. Təbii ki, qrupdan çıxmaq istəyirik".

 

Otyakmaz "Vilyarreal"ı birinci səbətdə olduğu üçün favorit sayır: "Digər üç komandanın bir-biriləri ilə eyni gücdə olduğunu düşünürəm. Qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanmaq niyyətindəyik".

 

Qeyd edək ki, sabah keçiriləcək "Vilyarreal" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Həmin gün "Qarabağ" Təl-Əvivdə "Makkabi"ylə səfər matçına çıxacaq. 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB