TOP 10

Rza Çalımbay: "Əsas oyunlarımız "Qarabağ" və "Makkabi"yə qarşı olacaq"

Futbol
Tarix: 2020-10-21 14:27

"Vilyarreal" güclü komandadır. Hər şeydən məlumatlıyıq. Həm özümüz, həm də Türkiyə üçün vacib matçlar oynayacağıq". Sport24.az xəbər verir ki, bu fikirləri "Sivasspor"un baş məşqçisi Rza Çalımbay Avropa Liqasının I qrupunda İspaniyada "Vilyarreal"a qarşı keçirəcəkləri ilk tur matçı barədə danışarkən deyib.

 

57 yaşlı mütəxəssis səfərdən xal və ya xallarla qayıdacaqlarına ümid etdiyini bildirib: "Zədəli futbolçular var və bu üzdən matça 17-18 oyunçudan ibarət heyətlə çıxacağıq. Qrupda ilk matç çox önəmlidir. Amma əsas məsələ "Qarabağ" və "Makkabi" ilə ev matçlarımızdı. Həmin qarşılaşmaları çox yaxşı başa vurmalıyıq. İspaniyadan yaxşı nəticə ilə qayıda bilsək, əlavə üstünlük əldə edəcəyik".

 

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Vilyarreal" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Həmin gün eyni saatda "Qarabağ"ın Təl-Əvivdə "Makkabi" ilə görüşü start götürəcək.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB