TOP 10

Mbappedən antirekord

Dünya Futbolu
Tarix: 2020-10-21 14:21

Fransa çempionu PSJ UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində öz meydanında “Mançester Yunayted”ə 1:2 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, bu oyunda Paris klubunun hücumçusu Kilian Mbappe anti-rekorda imza atıb.
 

Belə ki, Fransa millisinin üzvü qitənin ən nüfuzlu klub turnirində ardıcıl 6 oyundur ki, qol vura bilmir. 21 yaşlı forvard sonuncu dəfə ötən mövsüm turnirin qrup mərhələsində “Qalatasaray”la (5:1) qarşılaşmada fərqlənib. Həmin vaxtdan bəri qol vura bilməyən Mbappe, bununla da, öz anti-rekordunu yeniləyib.

04 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB