TOP 10

David Azərbaycan klubuna “yox” deməsinin səbəbini açıqladı: "Özüm üçün ən yaxşı olan yeri seçməliydim"

Futbol
Tarix: 2020-10-21 13:00

Niderlandın aşağı yaş qrupu üzrə yığma komandalarının sabiq futbolçusu Kris Davidin karyerasını Azərbaycanda davam etdirmək variantı yaranıb. Sport24.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Premyer Liqa klublarımızdndan təklif alıb.

 

Cənubi Afrika Respublikasının “Kape Taun” klubundan ayrıldıqdan sonra klubsuz qalan David Azərbaycanla yanaşı, Finlandiya təmsilçilərinin də maraq dairəsində olub. Lakin futbolçu Almaniyaya köçməyi üstün tutub. Belə ki, II Bundesliqa təmsilçisi “Vurtsburger Kikkers”lə müqavilə imzalayan oyun qurucusu seçimini belə əsaslandırıb: “Azərbaycan və Finlandiya çempionatları mənim üçün kifayət qədər maraqlı deyildi. Futbolçu kimi keyfiyyətlərimə bələdəm, nələrə qadir olduğumu bilirəm. Özüm üçün ən yaxşı olan yeri seçməliydim. Düşünürəm ki, Almaniya bu baxımdan fantastik yerdir”.

 

Qeyd edək ki, “Tvente”nin yetirməsi olan David karyerası ərzində “Fulhem” və “Utrext” kimi klublarda da çıxış edib.
 

 

04 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB