TOP 10

“Qarabağ”ın təxirə salınan oyunu gələn il keçiriləcək

Futbol
Tarix: 2020-10-21 11:19

Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turunun təxirə salınmış “Qarabağ” – “Səbail” oyununun vaxtı bəlli olub. Sport24.az xəbər verir ki, qarşılaşma gələn il baş tutacaq.


Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Xəbərdə oyunun 2021-ci il fevralın 8-də keçiriləcəyi diqqətə çatdırılıb.


Qeyd edək ki, oktyabrın 4-də keçirilməli olan bu qarşılaşma milli komandaların hazırlıq prosesi ilə əlaqədar təxirə salınmışdı.

04 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB