TOP 10

"Qarabağ" ev oyunlarını Türkiyədə keçirmək istəyir: "Hazırda 3 ölkə matçları qəbul etməyə razıdı"

Futbol
Tarix: 2020-10-21 09:34

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində İspaniya təmsilçisi “Vilyarreal”la ev oyununu Türkiyədə keçirmək istəyir. Sport24.az xəbər verir ki, Ağdam klubunun direktoru Əmrah Çəlikəl deyib.

 

Klub rəsmisi bildirib ki, UEFA-ya təqdim ediləcək siyahıda qardaş ölkənin də adı yer alacaq: “UEFA-nın açıqlamasında bildirilib ki, məkan seçimi zamanı bizim təklifimizə, alternativlərimizə baxılacaq. Ancaq qitə futbol qurumu hələ bizdən heç nə soruşmayıb. Son qərarı yenə UEFA verəcək. Əlbəttə, biz Türkiyədə oynamaq istərdik. UEFA-ya təqdim edəcəyimiz alternativlər arasında Türkiyə də var. Görək, hansı qərar çıxacaq”.

 

Çəlikəl əlavə edib ki, hazırda 3 ölkə neytral meydanda keçiriləcək oyunları qəbul etməyə razıdır. Bunlar Kipr, Macarıstan və Polşadır.

 

Qeyd edək ki, Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub. Bu üzdən növbəti qərara qədər Azərbaycan yığması Millətlər Liqasında, “Qarabağ” isə Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını neytral meydanda keçirəcək (apasport.az)

04 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB