TOP 10

“Bavariya”dan “Atletiko”ya 4 cavabsız qol, “Real”dan gözlənilməz məğlubiyyət

Futbol
Tarix: 2020-10-22 00:58

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib. Sport24.az xəbər verir ki, A, B, C və D qrupları çərçivəsində daha 8 matç baş tutub.


Turnirin son qalibi “Bavariya” Almaniyada “Atletiko” ilə görüşüb və rəqibini darmadağınla yola salıb. A qrupunda keçirilən digər qarşılaşmada “Zalsburq” “Lokomotiv”i qəbul edib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.


B qrupunda yer alan Çempionlar Liqasının ən titullu komandası “Real” Madriddə “Şaxtyor”la, “İnter” Milanda “Borussiya” (Münhenqladbax) ilə üz-üzə gəlib. İspaniya nəhənginin gözlənilməz məğlubiyyətlə üzləşdiyi gündə İtaliya təmsilçisi də almanlarla heç-heçəyə razılaşıb.


C qrupunun favoriti “Mançester Siti” “Portu”nu məğlub edib. Marsel “Olimpik”i isə “Olimpiakos”un qonağı olub və minimal hesabla uduzub.


İngiltərə çempionu “Liverpul” Niderland səfərində “Ayaks”la üz-üzə gəlib və minimal hesabla üstün olub. Danimarkada baş tutan qrupun digər qarşılaşmasında isə “Midtyulland” “Atalanta”ya böyük hesabla məğlub olub.


UEFA Çempionlar Liqası
Qrup mərhələsi

21 oktyabr


A qrupu


“Zalsburq” (Avstriya) – “Lokomotiv” (Moskva, Rusiya) 2:2
Qol: Soboslay, 45. Yunusoviç, 50 – Eder, 19. Lusakoviç, 75.


“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) 4:0
Qol: Koman, 28; 72. Qoretska, 41. Tolisso, 66.


B qrupu


“Real” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:3
Qol: Modriç, 54. J.Vinisius, 59 – Tete, 29. Varan, 33-öz qapısına. Solomon, 42.


“İnter” (İtaliya) – “Borussiya” (Münhenqladbax, Almaniya) 2:2
Qol: Lukaku, 49; 90 – Bensebaini, 63-pen. Hofmann, 85.


C qrupu


“Mançester Siti” (İngiltərə) – “Portu” (Portuqaliya) 3:1
Qol: Aquero, 21-pen. İ.Gündoğan, 65. Torres, 73 – Luis Dias, 14.


“Olimpiakos” (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa) 1:0
Qol: Koka, 90+1.


D qrupu


“Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə) 0:1
Qol: Talyafiko, 35-öz qapısına.


“Midtyulland” (Danimarka) – “Atalanta” (İtaliya) 0:4
Qol: Sapata, 26. A.Qomes, 36. Muriel, 42. Mirançuk, 89.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB