TOP 10

“Real”ın kapitanı ÇL-də ilk oyunu buraxacaq

Dünya Futbolu
Tarix: 2020-10-20 21:01

Madrid “Real”ının kapitanı Serxio Ramos UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 

Təcrübəli oyunçu La Liqanın 6-cı turunda evdə "Kadis"ə 0:1 hesabı ilə uduzduqları oyunda zədələnib. Bu üzdən də 34 yaşlı müdafiəçi Donetsk "Şaxtyor"u (Ukrayna) ilə matçı buraxacaq.


Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Real" - "Şaxtyor" qarşılaşmasına Bakı vaxtı ilə saat 20:55-də start veriləcək.

28 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB