TOP 10

"Makkabi"nin baş məşqçisi "Qarabağ"la matçda "texniki zona"da olmayacaq

Futbol
Tarix: 2020-10-20 17:22

Təl-Əviv "Makkabi"sinin baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsində ilk turun "Qarabağ"a qarşı matçında "texniki zona"da yer ala bilməyəcək. Sport24.az xəbər verir ki, buna səbəb 51 yaşlı yunanısları mütəxəssisin cəzalı olmasıdır.

 

Belə ki, Donis Avstriyada "Zaltsburq"a 1:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə "texniki zona"dan qovulub. Nəticədə o, cəzalı duruma düşərək Donis "Qarabağ"la matçı tribunadan izləməli olacaq.

 

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB