TOP 10

Adil Nağıyev qovulur, nəticə təkrarlanır

Futbol
Tarix: 2020-10-20 17:00

Premyer Liqamızın son turunda qol sayı çox oldu. Sport24.az xəbər verir ki, 4 oyunda qapılardan 9 qol keçirildi. Bu, cari çempionatda 2-ci ən yüksək göstəricidi. Ən çox məhsuldarlıq IV turda 14 qolla qeydə alınıb.

 

Qırmızı vərəqə baxımından isə son turda bolluq oldu. Belə ki, baş hakimlər bu məqsədlə 3 dəfə əllərinə ciblərinə atmalı olublar. Cəzalananlar Adil Nağıyev ("Səbail"), qvineyalı Mamadu Kane ("Neftçi") və Kərim Diniyevdi ("Zirə"). Onlar 2 sarı vərəqə görə meydandan çıxarıldıqlarından, hərəyə 1 oyun buraxmalı olacaqlar. Yəni bu, ilk dövrənin son turu olacaq. Yeri gəlmişkən, daha 2 futbolçu üçün də cəza üzündən ilk dövrə artıq başa çatıb. Bunlar passivlərində 3 "sarı"ları olaraq vərəqə limitini keçən Şəhriyar Rəhimovla ("Zirə") Vüqar Mustafayevdi ("Sumqayıt").

 

Son dəfə bir turda 3 qırmızı vərəqə 1 il əvvəl olmuşdu. Bu, XII turda baş vermişdi və maraqlıdı ki, onda da Adil Nağıyev ev matçında qovulmuşdu. Digər qırmızı vərəqə alanlar paraqvaylı Sezar Meza Kolli ("Keşlə") ilə İsmayıl İbrahimli ("Qarabağ") olub. İsmayıl digərlərindən fərqli birbaşa qırmızı vərəqə alıb. 

 

Başa çatmaqda olan ilk dövrədə artıq ümumilikdə 7 qırmızı vərəqə qeydə alınıb. "Neftçi"ylə "Zirə" bu arzuolunmaz siyahıda şərikli liderdilər - hərəyə 2. "Sabah", "Qəbələ" və "Səbail" hərəyə 1 qırmızı vərəqəylə bu sıradadır. Göründüyü kimi, 3 komanda - "Sumqayıt", "Qarabağ" və "Keşlə" hələ ki belə ağır cəzaya məruz qalmayıblar. 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB