TOP 10

Millimizin futbolçusu karantinə alındığı üçün toplanışa qatıla bilmədi

Futbol
Tarix: 2020-10-20 15:00

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Diana Məmmədova yığmanın toplanışında iştirak edə bilməyəcək. Sport24.az xəbər verir bu haqda AFFA-nın rəsmi saytı məlumat verib.

 

Rusiyanın “Yenisey” klubunda çıxış edən oyunçu sonradan komandaya qoşulmalı idi. Klubun düşərgəsində koronavirus testi verən oyunçuda virus aşkarlanmasa da, bəzi komanda yoldaşlarının testi pozitiv nəticələnib.

 

Rusiya Federasiyanın səhiyyə qanunlarına uyğun olaraq karantinə alınan komanda üzvlərinin ölkədən çıxışına qadağa qoyulması səbəbindən Məmmədova millinin düşərgəsinə qoşulmayıb.

 

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında növbəti seçmə oyunlarını oktyabrın 23-də Polşa, oktyabrın 27-də Çexiyaya qarşı keçirəcək. Hər iki görüş səfərdə olacaq.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB