TOP 10

AFFA-dan hakimi söyən baş məşqçiyə sərt cəza

Futbol
Tarix: 2020-10-20 14:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I Divizionun 2-ci turu çərçivəsində keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 

MOİK – “Turan Tovuz” oyununda MOİK-in baş məşqçisi Ramil Əliyev görüşün 55-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub. “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


“Sabah-2” – “Kəpəz” oyununda “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Novruz Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.


“Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala”nın futbolçusu Roini İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


“Keşlə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB