TOP 10

“Neftçi”, “Səbail” və “Zirə”nin futbolçularına 1 oyunluq cəza

Futbol
Tarix: 2020-10-20 13:41

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:


“Səbail” – “Keşlə” oyununda “Səbail”in futbolçusu Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.


“Neftçi” – “Sabah” oyununda “Neftçi”nin futbolçusu Mamadu Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.


“Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Zirə”nin futbolçusu Kərim Diniyev oyunun 90+3-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydanan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB