TOP 10

“Qarabağ”ın rəqibi azarkeşsiz oynayacaq

Dünya Futbolu
Tarix: 2020-10-20 16:00

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İspaniyanın “Vilyarreal” klubunun azarkeşlərlə bağlı hökumətə müraciəti qəbul olunmayıb. Sport24.az xəbər verir ki, La Liqa təmsilçisi avrokuboklarda ilk turun Türkiyə "Sivasspor"u ilə matçında stadiona 3 min fanatın buraxılmasını istəsə də, müsbət cavab ala bilməyib.


Koronavirusla bağlı ölkədəki vəziyyət tərəfdarların oyunlarda iştirakı üçün mükəmməl təhlükəsizlik protokolu tələb edir. Matça az vaxt qaldığından, bunu həyata keçirmək mümkün olmayıb. Ona görə də qarşılaşma azarkeşsiz keçiriləcək.


Lakin "Vilyarreal"ın İsrailin "Makkabi" (Təl-Əviv) klubu, həmçinin Azərbaycan çempionu "Qarabağ"lə evdə oynayacağı matçlarda fanatların stadiona buraxılması istisna edilmir.


Qeyd edək ki, Avroliqada qrup mərhələsinə oktyabrın 22-də start veriləcək. "Qarabağ" ilk oyununu İsraildə "Makkabi"yə qarşı keçirəcək. Ağdam klubunun "Vilyarreal"la ev oyunu oktyabrın 29-da, səfər matçı dekabrın 10-da olacaq.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB