TOP 10

"Vilyarreal" yeni transferini təqdim etdi

Dünya Futbolu
Tarix: 2020-10-20 12:43

Futbol üzrə Avropa Liqasının İ qrupunda “Qarabağ”ın rəqiblərindən olan İspaniya “Vilyarreal”ı yeni transferi Xuan Foytu təqdim edib. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə "Tottenhem"indən icarəyə götürülmüş argentinalı müdafiəçi ilə 2020/21 mövsümünün sonunadək müqavilə imzalanıb.


Argentina yığmasının da şərəfini qoruyan Foyt, yeni komandasında “8” nömrəli formanı geyinəcək.


“Estudiantes”in yetirməsi olan Foyt, 2017-ci ildən “Tottenhem”dədir. 22 yaşlı müdafiəçi London klubunda elə də çox forma şansı qazanmırdı.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB