TOP 10

PSJ “Mançester Yunayted”ə evdə uduzdu

Dünya Futbolu
Tarix: 2020-10-21 01:00

Bu gün UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qrup mərhələsinin ilk turuna start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının oyunları keçirilib.


G qrupu çərçivəsində “Yuventus” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. Qrupun digər oyununda “Barselona” Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edib və darmadağınla qalib gəlib.


Günün maraqla gözlənilən qarşılaşmasında H qrupunda yer alan PSJ və “Mançester Yunayted” komandaları Parisdə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar. Qrupun digər oyununda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” “Leyptsiq”in qonağı olub və məğlubiyyətlə üzləşib.


F qrupunda “Zenit” evdə “Brügge”yə uduzub. Dortmund “Borussiya”sı isə “Latsio” ilə səfər oyunundan məğlub ayrılıb.


E qrupu çərçivəsində baş tutan “Renn” – “Krasnodar” və “Çelsi” – “Sevilya” matçında qalib müəyyənləşməyib.


Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.


UEFA Çempionlar Liqası
Qrup mərhələsi

20 oktyabr


F qrupu


Zenit (Rusiya) – Brügge (Belçika) 1:2
Qol: Horvat, 74 – Dennis, 63. Ketelaere, 90+3.


Latsio (İtaliya) – Borussiya (Dortmund, Almaniya)
Qol: İmmobile, 6. Hits, 23-öz qapısına. Akpro, 76 – Haland, 71.


G qrupu


Dinamo (Kiyev, Ukrayna) – Yuventus (İtaliya) 0:2
Qol: Morata, 46; 84.


Barselona (İspaniya) – Ferentsvaroş (Macarıstan) 5:1
Qol: Messi, 27-pen. Fati, 42. Koutinyo, 52. Pedri, 82. Dembele, 89 – Xaratin, 70-pen.


E qrupu


Renn (Fransa) – Krasnodar (Fransa) 1:1
Qol: Jirassi, 56 – K.Ramires, 59.


Çelsi (İngiltərə) – Sevilya (İspaniya) 0:0


H qrupu


PSJ (Fransa) – Mançester Yunayted (İngiltərə) 1:2
Qol: Marsyal, 55-öz qapısına – B.Fernandes, 23-pen. Reşford, 87.


Leyptsiq (Almaniya) – Başakşəhər (Türkiyə) 2:0
Qol: Anxelinyo, 16; 20.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB