TOP 10

Super Liqada daha bir oyun təxirə salındı - koronavirusa görə

Dünya Futbolu
Tarix: 2020-10-20 14:41

Futbol üzrə Türkiyə Super Liqasında daha bir oyun koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Sport24.az xəbər verir ki, 6-cı tur çərçivəsində oktyabrın 24-də baş tutmalı olan “Ankaragücü” – “Hatayspor” görüşü qeyri-müəyyən vaxta keçirilib.
 

17 futbolçusu və 1 klub işçisi koronavirusa yoluxan “Hatayspor”un bu matç üçün paytaxta yollanmasına icazə verilməyib. Türkiyə Futbol Federasiyası bəzi oyunçuların sağalmasına baxmayaraq, karantin müddəti bitmədiyi üçün bu addıma əl atdığını açıqlayıb.

 
Qeyd edək ki, “Hatayspor”un 5-ci turda keçirilməli olan “Ərzurumspor”la oyunu da eyni səbəbdən təxirə salınmışdı.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB