TOP 10

“Qarabağ”la oyunu buraxacağı dəqiqləşdi – bu dəfə ulduz futbolçu

Futbol
Tarix: 2020-10-20 09:30

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Vilyarreal” daha bir itki ilə üzləşib. Sport24.az xəbər verir ki, İspaniya Primerosunun VI turunda “Valensiya” ilə qarşılaşmada zədələnən ulduz futbolçu Daniel Parexonun durumuna aydınlıq gəlib.

 

“Vilyarreal”ın 2:1 hesabı ilə qalib gəldiyi matçın son dəqiqəsində zədələnərək əvəzlənən 31 yaşlı yarımmüdafiəçi nin təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

 

İspaniyanın məşhur “Marca” nəşri Parexonun yalnız noyabrın ortalarında kollektivə qoşulacağını yazıb. Bu isə o deməkdir ki, ulduz futbolçu Primero ilə yanaşı, Avropa Liqasının da ilk 3 görüşünü buraxacaq.

 

Onu da xatırladaq ki, Parexo II tur çərçivəsində “Qarabağ”la oktyabrın 29-dakı qarşılaşmanı buraxacaq yeganə oyunçu deyil. Pervis Estupinyan və Jerar Moreno da Bakıdakı oyunda baş məşqçi Unay Emerinin sərəncamında olmayacaq.

 

Qeyd edək ki, qrup mərhələsində ilk oyunlar oktyabrın 22-də keçiriləcək. “Vilyarreal” həmin gün “Sivasspor”u qəbul edəcəkcə, “Qarabağ” Təl-Əvivdə “Makkabi”nin qonağı olacaq.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB