TOP 10

"Qalatasaray"dan Azərbaycana növbəti dəstək - FOTOLAR

Futbol
Tarix: 2020-10-19 23:45

"Qalatasaray" Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə Azərbaycana dəstək olub. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə Super Liqasının V turunda "Alanyaspor"la bugünkü ev oyunu öncəsi  "Türk Telekom Arena"ya iki ölkə bayrağının yer aldığı pankartlar yerləşdirilib. Pankartlarda Azərbaycan və Türkiyə ilə bağlı şüarlara yer verilib.

 

Qeyd edək ki, "Qalatasaray" bundan əvvəl Super Liqanın III turunda "Fənərbaxça" ilə ev oyununda stadionda ölkəmizə dəstək məqsədi ilə pankart nümayiş etdirmişdi. Pankartda "Tək millət, iki dövlət" sözləri yer alıb. Sözügedən pankartın fotosu "Qalatasaray"ın sosial şəbəkə hesablarında "Qardaşlarımızın yanındayıq!" başlığı ilə paylaşılmışdı.

 

 

28 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB