TOP 10

“Mançester Yunayted” PSJ ilə oyuna ciddi itkilərlə yollandı

Dünya Futbolu
Tarix: 2020-10-19 21:30

“Mançester Yunayted” futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Fransa çempionu PSJ-yə qarşı keçirəcəyi oyuna ciddi itkilərlə çıxacaq. Sport24.az xəbər verir ki, müdafiəçi Harri Maquayr ilə hücumçu Edinson Kavani Parisdə baş tutacaq oyunda komandasına kömək edə bilməyəcək. 


Məşqçilər korpusu onları Fransaya aparmağa da ehtiyac duymayıb. “Qırmızı şeytanlar” zədəli Meyson Qrinvudu da səfərə aparmayıb.


Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək PSJ - “Mançester Yunayted” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. 
 

28 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB