TOP 10

“Zirə”dən 250-ci qol

Futbol
Tarix: 2020-10-19 19:00

“Sumqayıt”la Azərbaycan Premyer Liqasının 6-cı turunun səfər matçında (1:2) vurulan qol “Zirə”nin tarixinə düşüb. Sport24.az xəbər verir ki, bu top klubun bütün turnirlərdə vurduğu ümumilikdə 250-ci qoldur.
 

Sumqayıtdakı görüşədək 249 dəfə rəqib qapısına yol tapan “qartallar”ın yubiley qoluna Davit Volkov imza atıb. Bu, “Zirə”nin ümumilikdə 197-ci oyununda gerçəkləşib. Komandanın orta məhsuldarlığı 1,27-yə bərabərdir.


250 qoldan 167-si Premyer Liqada, 55-i Birinci Divizionda, 23-ü Azərbaycan kubokunda, 5-i Avropa Liqasında qeydə alınıb.


Qeyd edək ki, “Zirə” evdə 137, səfərdə 113 dəfə fərqlənib.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB