TOP 10

Güləşçilərimiz Ukraynada 2 medal qazandılar

Güləş
Tarix: 2020-10-19 18:22

Oktyabrın 16-dan 18-dək Ukraynada sərbəst və qadın güləşi üzrə açıq Kiyev turniri keçirilib. Sport24.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Ukrayna, Azərbaycan, Rusiya, Moldova, Polşa, Yunanıstan və Fransa təmsilçiləri mübarizə aparıblar.


Turnirdə qadınlardan ibarət yığmamızın iki üzvü çıxış edib. Tatyana Omelçenko (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Omelçenko bu dəfə yuxarı çəkidə qüvvəsini sınamasına baxmayaraq, Aleksandra İşçenko, Manola Skobelska və Tatyana Rijkonu üstələyərək qızıl medal qazana bilib.


Alyona Kolesnik (57 kq) Karina Xornomoru məğlub etdikdən sonra Solomiya Vinnikə uduzub. Ancaq Violetta Petrovskaya qalib gələn millimizin üzvü bürünc medalı boynundan asıb.


Komanda hesabında Azərbaycan 40 xalla ikinci yeri tutub.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB