TOP 10

Nikolov Qarabağ uğrunda haqq savaşımız haqda: “Bu kişilərin mərdliyi, vətənpərvərliyi qarşısında baş əyirəm"

Futbol
Tarix: 2020-10-19 17:40

“Çoxdandır sizinlə ünsiyyətdə olmurdum. Həyatım belə gətirmişdi. İdman barədə məqalələr yazmaq istəmirdim”. Sport24.az xəbər verir ki,  bu fikirlər Bakının “İnter” (indiki “Keşlə”) klubunun sabiq prezidenti Georgi Nikolova məxsusdur.

 

Bolqarıstanlı futbol mütəxəssisi Dağlıq Qarabağda baş verənlərə biganə qalmayaraq  "Facebook"da növbəti paylaşımını edib. Belə ki, Nikolov terrorçu Ermənistanla mübarizə aparan Azərbaycan Ordusunun şücaətini və haqq savaşı apardığını xüsusi qeyd edib: “Keçmişdə bir dövlət xadimi deyib ki, bir insanın ölümü faciə, minlərlə insanın ölümü sadə statistikadır... Amma onunla qətiyyən razı deyiləm. Şərəfli insanlar öz vətənləri üçün ölürsə, burda hansı statistika ola bilər? Doğma yurdların cəsurluqla təmizlənməsi sadəcə, qəhrəmanlıq sayılır. Əllərində nəyin – Kalaşnikov avtomatı, döyüş təyyarəsinin şturvalı və ya başqa silahın olmasından asılı olmayaraq, onlar müharibənin dəhşətləri və ölünə qarşı irəli atılır. “İşimiz haqq işidir, qələbə bizim olacaq...”, bu, bəzən onların həyatdakı son fikirləri olur. Bu kişilərin mərdliyi, vətənpərvərliyi qarşısında baş əyirəm. Qisas silahı yalnız onların əlindədir və o qələbə gətirəcək. Buna şübhə də etmirəm. Cəsur olun, dostlarım. Güllə - axmaqdır, cəsurlardan qaçır. Hamınızı qürurlu qələbə bayrağınızla görmək istəyirəm. Sonra isə biz yenə futboldan danışa bilərik”.

 

 

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB