TOP 10

"Neftçi"nin yeni transferi: "Müharibə məni qorxutmur, qorxmağa əsas yoxdu"

Futbol
Tarix: 2020-10-19 15:34

“Neftçi”nin albaniyalı yeni transferi Bruno Teluşi ölkəsi öz ölkəsinin mətbuatına müsahibə verib. Sport24.az xəbər verir ki, 30 yaşlı dayaq yarımmüdafiəçisi Bakı klubuna keçidindən danışın, Dağlıq Qarabağda baş verən hadisələrə də toxunaraq özünü ölkəmizdə rahat hiss etdiyini söyləyib.

 

- “Partizani”dən “Kukesi”yə keçdikdən az sonra “Neftçi”yə üz tutdun. Bu necə baş verdi?
- Açığı, “Partizani”ni gözləyirdim. Sonra “Kukesi”dən təklif gəldi, israrlı olduqlarını görüb anlaşdım. Mənə təklif göndərən baş məşqçi Şkender Qeqanın istəyi məni iki dəfə düşünməyə qoymadı. Üstəlik, klub uzun müddət xidmətimdə maraqlı idi. Şərtlər yerinə yetirildi, müqavilə bağladım. “Neftçi”nin təklifini isə gözləmirdim. Onlarla danışıq prosesi gözlədiyimdən də sürətli alındı. Yeni macəraya başlamağa artıq hazıram.

 

- “Kukesi”ni bu keçidə necə razı saldın? Müqavilədə ayrılmağınla bağlı maddə var idi?
- “Kukesi” ilə həll yolunu tez tapdıq. Bəli, müqavilədə belə bir bənd var idi. “Kukesi” mənə heç bir maneçilik törətmədi, əksinə, vəziyyəti daha da asanlaşdırdı.

 

- Azərbaycanda müharibə şəraitidir. Bu səni qorxutmur?
- Düzdür, Dağlıq Qarabağda müharibə şəraiti hökm sürür. Lakin indiki vəziyyət məni qətiyyən narahat etmir, qorxmağa əsas yoxdur. 

 

- Albaniyadan tam fərqli bir mühitə uyğunlaşa biləcəksən?
- Hər bir futbolçu xaricdə macəra yaşamaq istəyir. Bu, böyük addım atmaq və özünüzü göstərmək üçün bir fürsətdir. Mənim də istəyim budur. Buna görə özümü xoşbəxt hiss edirəm. Karyeramda irəliləmək şansım var. Yaxşı kluba gəldiyim üçün burada hər şey ürəyimcədir.
 

  •  
  •  
  •  
  •  
  •  
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB