TOP 10

"Neftçi"nin legioneri koronavirusa yoluxdu - hazırda karantindədi

Futbol
Tarix: 2020-10-19 14:11

"Neftçi"nin futbolçusu Prins İbarada koronavirus aşkarlanıb. Sport24.az africatopsports.com saytına istinadən xəbər verir ki, konqolu futbolçu infeksiyaya millinin düşərgəsində yoluxub.

 

Bildirilir ki, 24 yaşlı konqolu hücumçu təxminən 10 gün əvvəl millisinin düşərgəsində virusa yoluxub. Bakı təmsilçisinin yeni transferi hazırda karantindədir. Futbolçu sağaldıqdan - təkrar testinin nəticəsi mənfi çıxandan sonra Azərbaycana qayıdacaq.

 

Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş görüş Konqo yığmasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB