TOP 10

Azarkeşlərə icazə verilir - “Qarabağ”la qrup oyununa

Futbol
Tarix: 2020-10-19 14:29

 “Sivasspor” Avropa Liqasının qrup mərhələsində ev oyunlarına azarkeş buraxa biləcək. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir açıqlamasında bildirib.

 

Belə ki, qurum rəhbəri Super Liqa, aşağı liqalar və avrokuboklarda oyunlara azarkeşlərin cəlb olunması ilə bağlı klubların müraciətini müsbət cavablandırdıqlarını açıqlayıb. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin də icazəsi olarsa, matçlara 30 faizədək azarkeşlərin buraxılması prosesinə başlanılacaq. 

 

Qeyd edək ki, “Sivasspor”la “Qarabağ” arasında Sivasdakı qarşılaşma III tur çərçivəsində noyabrın 5-də keçiriləcək.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB