TOP 10

Koronavirus aşkarlandı, klubları futbolçularını yığmaya buraxmadı – Azərbaycanla oyun üçün

Futbol
Tarix: 2020-10-19 13:28

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Moldova ilə qarşılaşacaq Polşanın qadın futbolçulardan ibarət yığmasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb. Sport24.az xəbər verir ki, Polşa Futbol Assosiasiyası yarımmüdafiəçi Katarjina Daleşçikdən götürülən testin nəticəsi pozitiv çıxdığını açıqlayıb.

 

Bu səbəbdən təlim-məşq toplanışına cəlb olunmayan  həmin futbolçu qarşıdakı oyunları buraxacaq. Həmçinin Almaniyanın “Volfsburq” klubunda çıxış edən Eva Payor zədə səbəbindən, Norveçin “Klepp İL” komandasının üzvü Aleksandra Rompie və “Verder”li (Almaniya) Aqata Tarçinska isə klublarının icazəsi olmadığı üçün millinin hazırlıq prosesinə qatılmayıblar.

 

Qeyd edək ki, Polşa - Azərbaycan oyunu oktyabrın 23-də səfərdə keçiriləcək. Yığmamız bundan 4 gün sonra Çexiyanın qonağı olacaq.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB