TOP 10

Premyer Liqanın BİLİCİsi: Lider mövqeyini əldən verdi, dördhakimiyyətlik yarandı

Futbol
Tarix: 2020-10-19 13:06

"Türk Hava Yolları"nın dəstəyi ilə keçirilən,​ Sport24.az və Football24.az-ın​ birgə layihəsi olan​ Azərbaycan Premyer Liqasının BİLİCİSİnin VI turu başa çatdı. 11 fərqli medianı təmsil edən 11 idman jurnalistinin iştirak etdiyi 28 turdan ibarət yarışmada hazırda dördhakimiyyətlik var.

 

Bunlar Ceyhun Əliyev (Football24.az) - Şəmsəddin Abbasov (CBC Sport) - Kənan Həsənov (Futbol+) - Elşən Məmmədovdu (Report.az) kvartetindən ibarətdi. Onlar 4 matçdan 3-də hədəfə düşüblər. İlk 4 turda vahid lider, 5-ci turda isə liderlər qrupunda olan Mehman Süleymanov (Sport24.az) artıq mövqeyini əldən verərək onların izləyicisidi. Buna səbəb Süleymanovun bu dəfə 4 görüşdən yalnız 2-də nəticəni düz tapması olub. 

 

Altıncı tur üçün iştirakçıların proqnozlarına bu linkdə baxa bilərsiniz: 

http://sport24.az/news/45818

 

6 turdan sonra turnir cədvəli:

1-4. Ceyhun Əliyev, Şəmsəddin Abbasov, Kənan Həsənov, Elşən Məmmədov (hamısı - 12), 5-7. Mehman Süleymanov, Mirbağır Cəfərli, Elmir Əliyev (hamısı 11), 8-9. Faiq Tahirov, Ruslan Sadıqov (hamısı - 10), 10. İbrahim Cəfərov (9), 11. Şahin Cəfərov (5).

 

Qeyd edək ki, turnirin qalibi "Türk Hava Yolları"ndan Bakı-İstanbul-Bakı reysinə​ pulsuz bilet qazanacaq.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB