TOP 10

"Makkabi" “Qarabağ”la oyuna tam heyətlə hazırlaşmır

Futbol
Tarix: 2020-10-19 16:30

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq Təl-Əviv “Makkabi”si oyuna tam heyətlə hazırlaşa bilmir. Sport24.az xəbər verir ki, yığmadan qayıdan futbolçular hələ də İsrail təmsilçisində fərdi məşqlərlə kifayətlənirlər.

 

Klub rəhbərliyi koronavirus pandemiyası ilə bağlı təhlükəsizlik tədbirləri almaq üçün bu addıma əl atıb. İsrail millisinin son toplanışına cəlb olunan Eytan Tibi, Şeran Yeini, Maor Kandil, Eyal Qolasa və Eden Karzev koronavirus testi veriblər. Bunun nəticəsi çıxdıqdan sonra oyunçular kollektivlə birlikdə məşqlərə qoşula biləcəklər. Baş məşqçi Giorqos Donis onların heç olmasa oyunöncəsi son iki məşqdə iştirak etməsini istəyir.

 

Xatırladaq ki "Makkabi" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriəcək. 

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB