TOP 10

"Qarabağ"ın səfər proqramı bilindi - Mahir Emreli "Makkabi"yə qarşı oynayacaqmı?

Futbol
Tarix: 2020-10-19 12:21

UEFA Avropa Liqasında I qrupunun ilk turunda İsraildə "Makkabi" (Təl-Əviv) ilə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib. Sport24.az xəbər verir ki, klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun verdiyi məlumata görə, komanda matçdan 1 gün öncə - oktyabrın 21-də Bakı vaxtı ilə saat 11:00-da Təl-Əvivə yola düşəcək.

 

Onun sözlərinə görə, klub səfərə tam heyətlə yollanacaq: "Hazırda Mahir Emreli fərdi reabilitasiya keçir, komanda ilə məşqlərə qoşulmayıb. Onun meydana çıxıb-çıxmayacağı sual altındadır. Amma komanda ilə birlikdə İsrailə yollanacaq".

 

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdəki "Blumfild" stadionunda baş tutacaq "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək (report.az).

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB