TOP 10

Ərdoğan “Qarabağ”la oyunu buraxacaq

Futbol
Tarix: 2020-10-19 12:00

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Türkiyənin “Sivasspor” klubunun heyətində daha bir itki baş verib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Ərdoğan Yeşilyurtun xidmətindən məhrum qalıb.

 

Belə ki, çempionatın V turunda “Kayserispor”la (3:1) səfər matçının son dəqiqələrində zədələnən 27 yaşlı cinah oyunçusunun sağ ayaq topuğunda əzələ yırtılması aşkarlanıb. Klubun həkimi Ərdoğanın ən yaxşı halda 3 həftə sonra oynamağa hazır olacağını açıqlayıb. Bu isə o deməkdir ki, futbolçu qrup mərhələsində “Vilyarreal” (22 oktyabr) və “Makkabi” (Təl-Əviv – 29 oktyabr) ilə yanaşı, “Qarabağ”la noyabrın 5-də Türkiyədə keçiriləcək ilk görüşü də  buraxmalı olacaq

.

Qeyd edək ki, “Sivasspor”un zədədən əziyyət çəkən mərkəz müdafiəçisi Aaron Appindanqoye də Azərbaycan çempionu ilə görüşdə meydanda olmaya bilər.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB