TOP 10

Namiq Ələsgərovdan yubiley qolu

Futbol
Tarix: 2020-10-19 11:44

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub. Sport24.az xəbər verir ki, bu, VI turun “Sabah”la görüşünə təsadüf edib. Komandasına 1:0 hesablı qələbə qazandıran yarımmüdafiəçi 144-cü oyununda 20-yə çatıb.

 

O, vurduğu qollardan 14-nə “Neftçi”də imza atıb. Namiq “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 dəfə fərqlənib.

 

Qeyd edək ki, Ələsgərov ilk qolunu 2014-cü il martın 29-da “Bakı” – “Simurq” matçında (2:1) qonaqların qapısından keçirib.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB