TOP 10

Turun "5-liy"i: 50-ci qol da Sumqayıtda, autsayderdən heç kimin bacarmadığı nailiyyət və qonaqlar üçün bədlik

Futbol
Tarix: 2020-10-19 11:07

Azərbaycan Premyer Liqasının yeni mövsümün VI turu bir sıra məqamlarla yadda qaldı. Sport24.az onlar arasında "Top-5"i seçərək diqqətinizə çatdırır.

 

Biri milli üzvü etmədi, digəri nail oldu

Cari çempionatda 50-ci qola imza atılıb. Bu, turun bağlanış matçının keçirildiyi Sumqayıtda qeydə alınıb. Buna "Sumqayıt" - "Zirə" oyununda hesabı açan Rəhim Sadıxov nail olub. Meydan sahiblərinin millimizin də üzvü olan yarımmüdafiəçisi 30-ci dəqiqədə penaltidən hesabı açıb. Halbuki, 50-ci qolu digər "Sumqayıt"lı milli üzvü - hücumçu Əli Qurbani etməli idi. Ancaq çempionatımızın bombardiri olan bu forvard 2 dəqiqə əvvəl 11 netrlik cərimə zərbəsindən dəqiq yaralana bilmədi.

 

6 turda ümumilikdə 52 qol vurulub. Ancaq nəzərə alaq ki, bu müddətdə 24 yox, 23 matç keçirilib. Çünki V turda "Qarabağ" - "Səbail" oyunu baş tutmayaraq təxirə salınıb. 

 

Maraqlıdı ki, bu çempionatın il qolu da "Kapital Bank Arena"da vururub. Sadəcə, onda bu, "Sumqayıt"ın qapısına olub. Ona isə 90+4-cü dəqiqədə "Keşlə"nin artıq milli üzvü olan sol cinah müdafiəçisi Azər Salahlı imza ataraq komandasına qələbə qazandırıb - 1:0. 

 

 

Qələbə üzünə həsrət qalanlar - ilk dəfə

Tur qonaqlar üçün uğursuz oldu. Təsadüfi deyil ki, səfər komandalarının heç biri qalib gələ bilmədi. Onlardan 3-ü ümumiyyətlə, meydandan məğlub ayrıldı, yalnız "Keşlə" qonaqlara turda yeganə xalı qazandıran komanda oldu. 

 

Bunadək arxada qalan 5 turda qonaqlar mütləq qələbə sevinci yaşamışdı. Maraqlıdı ki, səfərdə çıxış edənlər üçün son belə uğursuz nəticə düz 1 il əvvəl, elə oktyabrda olmuşdu. Onda VII turun matçlarından 2-də meydan sahibləri qalib gəlmiş, 2-də isə heç-heçə olmuşdu. 

 

 

2-ci dəfə böyükhesablı qələbə, 2-ci dəfə "Qəbələ"

Cari çempionatda 2-ci dəfə böyükhesablı qələbə qeydə alınıb. Bunu "Qarabağ" "Qəbələ"ni evdə 3:0 hesabıyla məğlub etməklə gerçəkləşdirib. Maraqlıdı ki, ilk belə nəticə də məhz bu hesabla, onun acısını çəkən məhz həmin komanda olmuşdu. Onda Elmar Baxşıyevin yetirmələri II turda səfərdə "Sabah"dan 3 cavabsız qol buraxmışdı. 

 

Eyni zamanda "Qarabağ" uzun müddətdən sonra Premyer Liqada meydandan qalb ayrılıb. Çünki startda "Sabah"ı həmin "Azərsun Arena"da 2:0 hesabıyla məğlub edəndən sonra Qurban Qurbanovun komandası qələbə üzünə həsrət qalmışdı. Bu müddətdə ağdamlılardan 2 heç-heçə, 1 məğlubiyyət olmuş, 1 görüşü ("Səbail"lə) isə təxirə salınmışdı. 

 

Maraqlıdı ki, "Qarabağ"ın çempionatda evdə son böyükhesablı qələbəsini məhz "Azərsun Arena"da, məhz "Qəbələ" üzərində, məhz 3:0 hesabıyla qazanmışdı. Sadəcə, onda rəqibin baş məşqçisi Sənan Qurbanov idi. Qurban Qurbanovun yetirmələrinin Premyer Liqada son böyükhesablı qələbəsi isə keçən çempionatda koronavirus pandemiyasına az qalmış "Zirə" üzərində səfərdə 6:0 hesabıyla olub.  

 

 

Lider dəyişikliyi bitmək bilmir

"Qarabağ"dan söz düşmüşkən, son 7 ildə bu komandanın yekunda qalibi olduğu çempionatın gedişində liderliyinə adət etmişik. Ancaq indi fərqli mənzərədi. Belə ki, Ağdam klubu yalnız ilk 2 turda 1-ci pillədə oldu. Bundan sonra 4 turun hər birində zirvənin sahibi dəyişib. Bu, III turda "Sabah", IV turda "Sumqayıt", V turda "Zirə", VI turda yenidən "Sumqayıt" olub. Göründüyü kimi, 6 turda 1-ci pillədə 4 komanda, 5 dəfə lider dəyişikliyi olub. 

 

 

"Səbail" - biri bitdi, biri davam edir

"Səbail"in bu mövsümkü matçlarında eyni hesabın qeydə alınması diqqət çəkirdi. Belə ki, Aftandil Hacıyevin komandası ilk 3 turda 1:2 uduzurdusa, sonrakında bu hesabla qalib gəldi. Seriya son turda "Keşlə"ylə ev matçında qırıldı - 1:1. 

 

Göründüyü kimi, "Səbail" hər 5 qarşılaşmada meydanı qolla tərk edib. "Dənizçilər" autsayder olsa da, belə qol seriyası heç kimdə yoxdu. Yəni, hətta son 7 ilin çempionu "Qarabağ", yaxud hazırkı lider "Sumqayıt"da da rəqib qapısına yol tapmadığı görüşlər olub.

 

 

 

 

 

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB