TOP 10

“Neftçi”nin rekordunu təkrarladı – “Qarabağ”

Futbol
Tarix: 2020-10-19 10:44

“Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, bu, VI turun “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib. Ağdam təmsilçisi 3:0 hesablı qələbə əldə edib.

 

Bununla da "köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. “Qarabağ” qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə etməyib. Ağdam klubu bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB