TOP 10

Millimizin sabiq futbolçusu klubundan ayrılır - maaşı azaldılmasına görə

Futbol
Tarix: 2020-10-19 10:30

Azərbaycan millisinin sabiq futbolçusu Əli Babayev klubunu dəyişməyə hazırlaşır. Sport24.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Petah-Tikva “Makkabi”sindən ayrılmaq qərarına gəlib.

 

Buna səbəb “Sumqayıt”ın sabiq yarımmüdafiəçisinin maaşının azaldılmasıdır. Rəhbərliyin bu qərarına qarşı çıxan yeganə futbolçu olan Babayevin tezliklə “Makkabi”dən ayrılması gözlənilir.

 

Qeyd edək ki, Əli keçən il Litva millisi ilə Bakıdakı yoldaşlıq görüşündə yığmamızda debütünü reallaşdırıb. 

  •  
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB