TOP 10

FİDE İddiaçılar Turnirini təxirə saldı

Şahmat
Tarix: 2020-10-19 14:00

Şahmat üzrə İddiaçılar Turnirinin bərpası 2021-ci ilin yazınadək təxirə salınıb. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FİDE) qərar qəbul edib.

 

Buna əsas səbəb kimi oyunçuların pandemiyanın ikinci dalğasından doğan narahatlıq göstərilib. FİDE səyahət və yaşayış üçün xüsusi şərait təşkil etməyə hazır olub. Bura çarter reysləri, yüksək səviyyəli otel və təcridolma da daxil edilib. Lakin iştirakçıların heç də hamısından yarışda iştirak üçün razılıq alınmayıb.

 

FİDE müvafiq milli prosedurlara tam əməl olunduqdan sonra daxili qaydalarına əsaslanaraq, turnirin yeri və tarixinə dair qərara gələcək.

 

Qeyd edək ki, İddiaçılar Turniri 8 şahmatçının iştirakı ilə martın 17-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürüb. Yarışda iştirak etməli olan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov koronavirus epidemiyası səbəbindən çıxışdan imtina edib. Onu əvəzləyən fransalı Maksim Vaşye-Laqrav 7 turdan sonra yarımçıq dayandırılan yarışda rusiyalı Yan Nepomnyaşi ilə birlikdə hərəyə 4,5 xalla liderdir.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB