TOP 10

Uelbekin yeni klubu bəlli oldu

Dünya Futbolu
Tarix: 2020-10-19 11:00

Futbol üzrə İngiltərə yığmasının sabiq hücumçusu, bir neçə gün öncə “Uotford”la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edən Denni Uelbekin yeni iş yeri bəlli olub. Sport24.az xəbər verir ki, 29 yaşlı forvard bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.


Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Yeni klubuna azad agent kimi keçən futbolçu ilə bir illik müqavilə imzalanıb. O, yeni komandasında “18” nömrəli formanı geyinəcək.


Qeyd edək ki, Uelbek 2019-cu ilin yayından “Uotford”da forma geyinirdi. “Mançester Yunayted”in yetirməsi olan futbolçu, qısa müddət “Preston Norz End” və “Sanderlend”də icarədə də oynayıb. 2014-2019-cu illər aralığında isə o, “Arsenal”ın uğurları üçün çalışıb. İngiltərə yığmasında 42 oyun keçirmiş forvard, 16 qola imza atıb.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB