TOP 10

Nazarovun komandasından çətin qələbə

Dünya Futbolu
Tarix: 2020-10-19 16:00

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
 

Aue təmsilçisi doğma meydanda “Haydenhaym” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.


Nazarov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.


4 turdan sonra 7 xala malik “Ersgebirge” 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB