TOP 10

Primeronun lideri oldu – “Qarabağ”ın rəqibi

Futbol
Tarix: 2020-10-18 20:52

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Vilyarreal” bu gün növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Unay Emerinin yetirmələri Primeronun VI turunda evdə “Valensiya” ilə qarşılaşıb.
 

Vilyarrealdakı görüş erkən qolla başlayıb. Meydan sahiblərindən Pako Alkaser penalti ilə meydan sahiblərini önə çıxarıb. Qonaqlar fasiləyədək hesabda tarazlıq yarada bilib. “Qarabağ”ın rəqibi ikinci hissədə daha bir qol vurmağa müvəffəq olub. Bu dəfə Daniel Parexo “yarasalar”ı məyus edib.
 

Bununla da 2:1 hesabı ilə qalib gələn “Vilyarreal” 6 matçdan sonra 11 xala malikdir. Emerinin komandası bu qələbə ilə liderliyi ələ keçirib.
 

23 Noyabr 2020
22 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB