TOP 10

Abbasov liderliyi qaytardığı matç haqda: "Turnir cədvəlinə aldanıb, fikrimiz başqa yerlərə gedə bilər"

Futbol
Tarix: 2020-10-18 18:30

"Döyüş bölgəsində olan əsgərlərimizə uğurlar arzu edirik. Həqiqətən də bu gün futbol bizim üçün ikinci plandadır. Son günlərdə baş verən Gəncə hadisəsi də bizi çox üzdü. Komandamı bu hadisələrin fonunda oyuna hazırlamaq çətin idi". Sport24.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov evdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.

 

39 yaşlı mütəxəssis yaxşı oyunla qələbə qazandıqlarını bildirib: "Rəqib haqda ətraflı məlumata malik idik, son iki oyunda qələbə qazanmışdılar. Əzmkar komandadırlar və 10 xalı təsadüfən yığmayıblar. Süleyman Əhmədovun zədələnməyi bizə təsir etmişdi. Maksimum çalışdıq ki, yaxşı oynayaq, qələbə qazanaq. Yolumuza davam edəcəyik".

 

Abbasov komandasının yenidən liderliyə yüksəlməsindən daha çox mübarizliyindən məmnun qaldığını vurğulayıb: "Arxayınlıq hər bir kəsdə ola bilər. Hər həftə bu haqda danışırıq. Qarşımıza məqsəd qoymuşuq ki, turnir cədvəlinə baxmayaq. Turnir cədvəlinə aldanıb, fikrimiz başqa yerlərə gedə bilər. Hələ heç nə etməmişik, qarşıda bizi çətin oyunlar gözləyir. Bizə inam az idi, ancaq məqsədimiz mübariz komanda yaratmaq idi. Bu gün də futbolçuların mübarizəsi bizi sevindirir. Onlar da bunu dərk edir və düşünürəm ki, bu, bizə problem olmayacaq".

 

Baş məşqçi sonadək mübarizə aparmalarından da razılıq ifadə edib: "Biz bir çox oyunlarda son dəqiqələrdə qol buraxırdıq. Ən əsas sevindirən o idi ki, futbolçular sona qədər mübarizə apardı. Rəqibin təzyiqindən sonra çalışdıq nələrisə dəyişək".

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB