TOP 10

"Kapital Bank Arena"da Gəncəyə dəstək - "Kəpəz"in formasında

Futbol
Tarix: 2020-10-18 16:17

Azərbaycan Premyer Liqasının VI turunun son qarşılaşmasının iştirakçıları meydana fərqli formada çıxıblar. Sport24.az xəbər verir ki, “Kapital Bank Arena”dakı matça "Sumqayıt"la "Zirə"nin futbolçuları, həmçinin hakimlər briqadası Gəncənin “Kəpəz” klubunun forması ilə çıxıb. Bu, erməni təxribatının qurbanı olan Gəncəyə dəstək xarakteri daşıyıb.
 

Bununla da terrorçu Ermənistanın raket bombalarından əziyyət çəkən ölkənin ikinci böyük şəhərinin klubuna dəstək nümayiş olunub.

28 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB